...

Belarus Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu pisləyib

Siyasət Materials 27 Yanvar 2023 19:22 (UTC +04:00)
Belarus Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu pisləyib

Bakı. Trend:

Belarus Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyinə terror hücumu ilə bağlı açıqlama yayıb.

Trend-in məlumatına görə, açıqlama nazirliyin tvitter səhifəsində yayılıb.

“Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu, diplomatik missiyanın bir üzvünün həlak olması və daha iki əməkdaşının yaralanması ilə nəticələnən silahlı basqını qətiyyətlə pisləyir, azərbaycanlı həmkarlarımıza dərin hüznlə başsağlığı və dəstək verir, zərərçəkənlərə tezliklə şəfa tapmalarını diləyirik”, - paylaşımda yazılıb.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terro hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Xəbər lenti

Xəbər lenti