...

Tehranda Azərbaycan səfirliyinə hücumu bir daha qınayıram - Çavuşoğlu

Siyasət Materials 28 Yanvar 2023 11:13 (UTC +04:00)
Tehranda Azərbaycan səfirliyinə hücumu bir daha qınayıram - Çavuşoğlu

Trend-i buradan izləyin

Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Dünən Tehranda Azərbaycan səfirliyinə edilən hücumu bir daha qınayıram.

Trend-in məlumatına görə, bunu bu gün Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu gənc diplomatlarla görüşü zamanı deyib.

"Bir şəhidimiz var. Azərbaycanlı qardaşlarımıza başsağlığı verirəm", - deyə o əlavə edib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti