Bakı. Trend:
Milli Məclisin Hesablayıcı komissiyasın tərkibi yenidən formalaşdırılıb.
Trend-in məlumatına görə, parlamentin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra qərar layihəsi təsdiq edilib.
Hesablayıcı Komissiya aşağıdakı üzvlərdən formalaşdırılıb:
1. Allahverdiyev Elnur Marat oğlu
2. Əliyev Rauf Asif oğlu
3. Hacıyev Emin Məcid oğlu
4. Hüseynova Sevinc Əmirəhməd qızı
5. Quliyev Eldar Allahyar oğlu
6. Vəliyeva Sədaqət Süleyman qızı
7. Zabelin Mixail Yuryeviç.
Qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.