...

İran terrorçunu dəlixanaya salmaqla himayə edir

Siyasət Materials 3 Fevral 2023 12:18 (UTC +04:00)
İran terrorçunu dəlixanaya salmaqla himayə edir
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Tehranda Azərbaycan səfirliyinə olan terror aktından bir həftə keçir. Terror hadisəsi nəticəsində səfirliyimizin bir əməkdaşı şəhid olub, ikisi isə yaralanıb.

Terrordan dərhal sonra İran rəsmi səviyyədə elan etdi ki, bu, məişət zəminində baş verən hadisədir. Heç bir araşdırma aparmadan belə bir fikir söyləmək İranın niyyətini ortaya qoydu. Lakin yayılan videogörüntülər, terrorçunun özünü aparması sübut edir ki, bu terror hadisəsidir.

Baş verən hadisəylə bağlı Tehranda yerləşən səfirliyimizin əməkdaşları təxliyə olundu və səfirliyimizin fəaliyyəti dayandırıldı.

Hadisədən bir həftə keçməsinə baxmayaraq İran baş verənlərə görə Azərbaycandan üzr istəmədi. İran hakimiyyəti cinayət işini məişət məsələsi kimi qələmə verərək izi itirməyə çalışır. Azərbaycan Respublikasının səfirliyində terror aktı törədən Yasin Hüseynzadəni cəzalandırmaq əvəzinə dəlixanaya saldı. Bəs terrorçu dəlidirsə, səfirliyə hücumu necə həyata keçirirdi?

Videogörüntülərdən də məlum olur ki, terrorçu Yasin Hüseynzadə hadisəni törədən vaxt anlaqlı olub. Bunu onun səfirliyin önündə dayanan iranlı polisə salam verərək binaya hücum etməsindən görmək olar.

Bu fakt İranın terrorçunu himayə etdiyinin bir daha təsdiqləyir.

İran qoşulduğu bütün beynəlxalq konvensiyaları pozur. Vyana konvensiyasına görə müvafiq dövlət hakimiyyəti ərazisində yerləşən səfirlik, konsulluq və nümayəndəliklərin mühafizəsini təşkil etməli, təhlükəsizliyini qorumalıdır. Lakin İran bu terrorun qarşısının alınması üçün heç bir iş görmədi. Bu hadisə İranda yerləşən bütün səfirliklərin təhlükəsizliyini şübhə altına alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti