...

Ceyhun Bayramov Mövlud Çavuşoğlunun doğum gününü təbrik edib

Siyasət Materials 5 Fevral 2023 19:31 (UTC +04:00)
Ceyhun Bayramov Mövlud Çavuşoğlunun doğum gününü təbrik edib

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Trend xəbər verir ki, bu barədə C.Bayramov bazar günü özünün "Twitter" səhifəsində yazıb.

"Bu gün, qardaş Türkiyə Respublikasının xarici işlər naziri dostum və həmkarım Mövlud Çavuşoğlu ilə telefon danışığı zamanı 55 yaşının tamam olması münasibətilə onu ürəkdən təbrik etdim. Əziz qardaşıma yeni yaşında möhkəm cansağlığı, fəaliyyətində davamlı uğurlar arzuladım", - deyə XİN rəhbəri bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti