Bakı. Trend:
Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti Azərbaycanda səfərdədir.
Trend-in məlumatına görə, bu barədə Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld tviter hesabında qeyd edib.
Səfir Leo Dokerti ilə birgə Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəsmiləri ilə görüşdüyünü qeyd edib.
Görüşdə ikitərəfli əməkdaşlıq layihələri ilə yanaşı Xəzər dənizində təhlükəsizlik məsələləri müzakirə edilib.