Bakı. Trend:
Ermənistanın Azərbaycanla münasibətlərin qurulmasında mövqeyi Aİ missiyasının başlamasından sonra daha destruktiv xarakter alıb.
Trend-in məlumatına görə, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov çərşənbə axşamı Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi mətbuat konfransında deyib.