...

Azərbaycan-Qazaxıstan münasibətlərinin müsbət dinamikası Orta Asiya və Cənubi Qafqaz regionlarının maraqlarına cavab verir - Fərid Şəfiyev

Siyasət Materials 7 Aprel 2023 12:10 (UTC +04:00)
Azərbaycan-Qazaxıstan münasibətlərinin müsbət dinamikası Orta Asiya və Cənubi Qafqaz regionlarının maraqlarına cavab verir - Fərid Şəfiyev
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan-Qazaxıstan münasibətlərinin müsbət dinamikası Orta Asiya və Cənubi Qafqaz regionlarının maraqlarına cavab verir.

Trend cümə günü xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan-Qazaxıstan Ekspert Şurasının ikinci iclasına həsr olunmuş dəyirmi masada deyib.

"Qazaxıstan dünya iqtisadi arenasında unikal rol oynayır və ölkələrimiz arasında münasibətlərin inkişafı hər iki dövlətin maraqlarına cavab verir. Rəhbərlərin qarşılıqlı səfərləri və Qazaxıstanın müxtəlif strukturları tərəfindən göstərilən yardım ikitərəfli münasibətlərin inkişafına kömək edir. Hər iki ölkə böyük enerji potensialına malikdir və bu sahədə əməkdaşlıq dünya iqtisadi xəritəsində böyük əhəmiyyət kəsb edir. Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafı həmçinin bu ölkələrin yerləşdiyi regionun inkişafından xəbər verir", - o deyib.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2023-cü ilin fevral ayında Azərbaycanla Qazaxıstan arasında əmtəə dövriyyəsi 99,719 milyon dollar olub.

Xatırladaq ki, 2023-cü ilin yanvar-fevral aylarının yekunlarına görə, Azərbaycanın xarici ticarət dövriyyəsi 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 9,7 faiz və ya 768,8 milyon dollar azalaraq 7,94 milyarddan 7,17 milyard dollara düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti