...

Üçtərəfli bəyanatın şərtləri yerinə yetirilməlidir - Lavrov

Siyasət Materials 7 Aprel 2023 13:21 (UTC +04:00)
Üçtərəfli bəyanatın şərtləri yerinə yetirilməlidir - Lavrov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın şərtləri yerinə yetirilməlidir.

Trend-in məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə bu gün birgə keçirdiyi mətbuat konfransında deyib.

"Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığın davam etdirilməsinin tərəfdarıyıq. Regionda hər cür maneələr aradan qaldırılmalıdır. İkinci Qarabağ müharibəsindən sonra 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın şərtləri yerinə yetirilməlidir", - S.Lavrov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti