...

Heydər Əliyevin siyasəti Azərbaycanın öz kimliyini müəyyənləşdirməyə şərait yaratdı - Fərid Şəfiyev

Siyasət Materials 5 May 2023 10:30 (UTC +04:00)
Heydər Əliyevin siyasəti Azərbaycanın öz kimliyini müəyyənləşdirməyə şərait yaratdı - Fərid Şəfiyev
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Heydər Əliyevin siyasəti Azərbaycanın öz kimliyini müəyyənləşdirməyə şərait yaratdı.

Trend-in məlumatına görə, bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev “Ümumilli lider Heydər Əliyevin xarici siyasətinin prioritetləri” mövzusunda beynəlxalq konfransda deyib.

F.Şəfiyev bildirib ki, 90-cı illərdə Azərbaycan vətəndaş müharibəsi ilə qarşı-qarşıya idi və ölkəni bu çətin məqamda Heydər Əliyev xilas edə bildi.

“Ulu öndərin digər aktiv səylərindən biri də enerji sahəsində oldu. O, hakimiyyətə gəldikdən sonra Azərbaycan beynəlxalq təşkilatlarla işləməyə başladı. Eyni zamanda ölkənin xarici siyasəti formalaşmağa başladı. Deyə bilərik ki, Heydər Əliyev tərəfindən aparılan siyasət Azərbaycanın kimliyini müəyyən etməsinə şərait yaratdı”,- deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti