...

Bəhreyn Kralı Prezident İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib

Siyasət Materials 26 May 2023 14:35 (UTC +04:00)
Bəhreyn Kralı Prezident İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib

Trend-i buradan izləyin

Bakı. Trend:

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Trend-in məlumatına görə, məktubda deyilir:

Zati-aliləri Prezident İlham Əliyev!

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Bəhreyn Krallığının xalqı adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuram.

Ulu Tanrıdan Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və rifah nəsib etməsini diləyirik.

Zati-alinizə ən yüksək ehtiramımı çatdırıram.

Xəbər lenti

Xəbər lenti