...

Türkiyə xalqı imperialist mərkəzlərin qara planlarına imkan vermədi

Siyasət Materials 29 May 2023 12:32 (UTC +04:00)
Türkiyə xalqı imperialist mərkəzlərin qara planlarına imkan vermədi
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə xalqı hər zaman olduğu kimi bu dəfə də doğru və müdrik qərar verdi. Türkiyə xalqı heç zaman xarici imperialist mərkəzlərin qara planlarına imkan verməyəcəyini bir daha nümayiş etdirdi.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, mayın 28-də Türkiyədə keçirilən prezident seçkisinin ikinci turunun nəticəsi təkcə Rəcəb Tayyib Ərdoğana dəstək deyildi.

“Bu, xarici imperializmə, Ermənistan va onlarin havadarlarına, türk dünyasının düşmələrinə verilən tutarlı cavab idi. Türkiyə vətəndaşlarının bu qərarı ilə qardaş ölkənin İraq və Suriya çevrilməsinin qarşısı alındı. Həmçinin, Türkiyə və türk dünyası Qərbin əlində alət olmaq və yarı-köləlik statusundan xilas oldu”, - deyə deputat bildirib.

O qeyd edib ki, əslində, bu seçkidə Kemal Kılıçdaroğlunun məğlub olacağı qaçılmaz idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti