...

İsxak Hersoq Azərbaycanın yəhudi icması ilə görüşüb (FOTO)

Siyasət Materials 31 May 2023 12:25 (UTC +04:00)
İsxak Hersoq Azərbaycanın yəhudi icması ilə görüşüb (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Prezidenti İsxak Hersoq Azərbaycanın yəhudi icması ilə görüşüb.

Trend-in məlumatına görə, bu barədə İsrail Prezidenti tvitter hesabında paylaşım edib.

"Bu səhər Azərbaycanın möhtəşəm yəhudi icması ilə görüşdən çox məmnun oldum.Yəhudi və Azərbaycan xalqları arasındakı münasibətlər Azərbaycanda əsrlər boyu inkişaf edən yəhudi irsinə əsaslanır və ölkənin zəngin mədəni-siyasi həyatının bir hissəsidir", - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, İsrail Prezidenti İsxak Hersoq Azərbaycanda səfərdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti