...

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Siyasət Materials 31 May 2023 17:02 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Trend xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluq hissi duyuram.

Zati-alinizə möhkəm cansağlığı, səadət, Azərbaycan hökumətinə və dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram.

Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti