...

Qafqazda sülh sizin kabusunuzdur - İran vətəndaşlarından rəsmi Tehrana reaksiya

Siyasət Materials 5 İyun 2023 12:30 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranlı “Twitter” istifadəçisi İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənaninin Azərbaycanın öz vətəndaşlarına İrana səfər etməsi ilə əlaqədar tvitinə reaksiyada bildirib ki, Qafqazda sülh sizin kabusunuzdur.

Trend-in məlumatına görə, İran XİN mətbuat katibi Nasir Kənani “Twitter” səhifəsində bildirib ki, Azərbaycan XİN öz vətəndaşlarının İrana səfər etməsi haqda xəbərdarlıq edib:

“Bu həmin siyasətdir ki, İsrail prezidentinin Bakıya səfərində nəzərdə tutuldu. Azərbaycan xalqını qorxutmalı olan məsələ sivilizasiyalı və islami İran deyil, İsraildir”, deyə o qeyd edib.

İranlı istifadəçilər İran XİN-in mətbuat katibinin bu tvitinə birmənalı yanaşmayıblar və onunla əlaqədar öz fikirlərini bölüşüblər.

Bir neçə “Twitter” istifadəçisi isə cavabında bildirib ki, Qafqazda sülh olacaq. Azərbaycan və Ermənistan sülhün bərpa olunması üçün praktiki addımlar atıblar:

“Bu sülh sizin kabusunuzdur və sülhü dayandırmaq üçün əlinizdən gələn hər bir işi görürsünüz. Lakin Azərbaycan dövləti sizin hər bir işinizi bilir, hər bir plan və proqramlarınızı baş vermədən öncə sıradan çıxarır”, - deyə şərhdə bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti