Bakı. Trend:
Azərbaycan tərəfi Ermənistanda tikilməkdə olan metallurgiya zavodundakı mülki işçilərin hədəfə alınması ilə bağlı əsassız ittihamları rədd edir.
Trend xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Ayxan hacızadə özünün "Twitter" səhifəsində yazıb.
"Bu, Ermənistanın diqqəti Azərbaycana qarşı hərbi təxribatlarından və sərhəd zonasında tikilən zavodun mənfi təsirindən yayındırmağa yönəlmiş növbəti uydurmasıdır", - deyə A.Hacızadə əlavə edib.