...

Pərdə arxasında Cənubi Qafqazda sülh istəməyən “xüsusi maraqları” olan qüvvələr dayanır - Riçard Hoqland

Siyasət Materials 18 İyun 2023 11:55 (UTC +04:00)
Pərdə arxasında Cənubi Qafqazda sülh istəməyən “xüsusi maraqları” olan qüvvələr dayanır - Riçard Hoqland
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Pərdə arxasında Cənubi Qafqazda sülh istəməyən “xüsusi maraqları” olan qüvvələr dayanır.

Bu barədə Trend-ə ATƏT-in Minsk Qrupunun (MQ) ABŞ-dan olan keçmiş həmsədri Riçard Hoqland Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsini şərh edərkən deyib.

"Sərhəddə, istər keçid məntəqələrində, istərsə də başqa yerlərdə hər hansı atəş və ya digər iğtişaşlar narahatlıq doğurur, çünki bu cür hadisələr həmişə nəzarətdən çıxa bilər. Ermənistan və Azərbaycan həqiqi və davamlı sülhə nail olmaq üçün fədakarcasına çalışırlar. Bununla belə, həmişə bilmək lazımdır ki, pərdə arxasında sülh istəməyən və təhlükəsiz gələcəyin qarşısını almaq üçün nə qədər irəli gedə biləcəklərini sınaqdan keçirəcək “xüsusi maraq” qüvvələri var", - deyə o bildirib.

R.Hoqland hesab edir ki, bu səbəbdən öz dövlətləri və xalqları üçün həqiqi və davamlı sülhü təmin etmək üçün hər iki tərəfin nümayəndələrinin açıq və dürüst danışıqları davam etdirməsi vacibdir.

Qeyd edək ki, 2023-cü il iyunun 15-də saat 08:45-də Ermənistan ərazisindən atəşə tutulması nəticəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Laçın sərhəd-buraxılış məntəqəsində xidmət edən hərbi qulluqçusu yaralanıb.

Düşmənin atəş nöqtəsi cavab atəşi ilə susdurulub, vəziyyət Azərbaycan bölmələrinin nəzarəti altındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti