...

Azərbaycan Qarabağın erməni sakinlərinin Laçın buraxılış məntəqəsindən sərbəst keçidini təmin edir (VİDEO)

Siyasət Materials 29 İyun 2023 15:58 (UTC +04:00)
Azərbaycan Qarabağın erməni sakinlərinin Laçın buraxılış məntəqəsindən sərbəst keçidini təmin edir (VİDEO)

Bakı. Trend:

İyunun 29-da Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) müşayiəti ilə 8 avtomobil Azərbaycanın Qarabağdakı erməni sakinlərini Laçın sərhəd-buraxılış məntəqəsindən təhlükəsiz şəkildə keçirib.

Trend xəbər verir ki, nəqliyyat vasitələri Xankəndindən Gorus istiqamətində hərəkət edib.

Sənədlər yoxlanıldıqdan sonra erməni sakinlər üçün maneəsiz keçid təmin edilib.

Qeyd edək ki, xüsusilə Laçın keçid məntəqəsində Azərbaycan əsgərinin ağır yaralanmasına səbəb olan təxribatlardan və Bakının rəsmi qərarı ilə keçid məntəqəsinin bağlanmasından sonra Ermənistan tərəfi dəfələrlə Qarabağda yaşayan ermənilərə guya təsir edən “humanitar böhran” barədə yalan ittihamlar səsləndirib.

Lakin bölgədə cərəyan edən hadisələr müəyyən dairələrin iddialarının əksinə olaraq, yolun humanitar məqsədlər üçün açıq olduğunu nümayiş etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti