Bakı. Trend:
Milli Məclisin növbədənkənar iclasları başa çatıb.
Trend-in məlumatına görə, parlamentin sədri Sahibə Qafarova bildirib ki, növbədənkənar sessiyada 9 iclas keçirilib, 90 qanun layihəsi qəbul edilb.
O qeyd edib ki, sessiya müddətində ulu öndər Heydər Əliyevə həsr edilən xüsusi iclas keçirilib. S.Qafarova vurğulayıb ki, həmçinin sessiyada iki dinləmə keçirilib, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi üçün mühüm işlər görüb.
Bununla da Milli Məclis tətilə çıxıb. Tətil iyul ayının 15-dən avqust ayının 30-dək davam edəcək.