...

Trend BiA və DHA-nın yeni birgə layihəsinin hər iki ölkəyə yeniliklər gətirəcəyinə əminəm - Rəşad Məcid (VİDEO)

Siyasət Materials 22 İyul 2023 22:07 (UTC +04:00)
Trend BiA və DHA-nın yeni birgə layihəsinin hər iki ölkəyə yeniliklər gətirəcəyinə əminəm - Rəşad Məcid (VİDEO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Şuşa Qlobal Media Forumu çərçivəsində Trend Beynəlxalq İnformasiya Agentliyi ilə Türkiyənin nüfuzlu media qurumu Demirören İnformasiya Agentliyinin (DHA) birgə layihəsi olan "www.dhapress.com"un təqdimatı həyata keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid yeni yaradılan portalın işinə uğurlar arzulayıb, bunun iki qardaş ölkənin media sahəsində xüsusi yer tutacağına ümid etdiyini söyləyib.

"Azərbaycan və Türkiyə arasında hər sahədə olan uğurlu əməkdaşlıq, media sahəsinə də böyük töhfələr verir. Azərbaycanın aparıcı media orqanı Trend İnformasiya Agentliyi və Türkiyənin nüfuzlu Demirören İnformasiya Agentliyinin birgə layihəsi olan "www.dhapress.com"un hər iki ölkəyə yeniliklər, uğurlar gətirəcəyinə əminəm. Bir müddət əvvəl Trend BİA ilə DHA arasında əməkdaşlıq barədə memorandum imzalanarkən mən də bu tədbirdə iştirak etmişdim. Sevinirəm ki, bu anlaşma tez bir müddətdə öz bəhrəsini verdi və belə bir layihə reallaşdı", - deyə o əlavə edib.

R.Məcid həmçinin vurğulayıb ki, bu portalın Azərbaycanın Milli Mətbuat Günündə yaradılması təsadüfi deyil.

"Bu cür əməkdaşlıqlar informasiya məkanında daim söz sahibi olmaq üçün xüsusi önəm daşıyır", - deyə R.Məcid qeyd edib.

Xatırladaq ki, “Demirören Holding”in İstanbulda yerləşən baş ofisində Trend BİA və Türkiyənin nüfuzlu Demirören (DHA) informasiya agentliyinin birgə layihəsi olan "www.dhapress.com " portalının təqdimat mərasimi baş tutub. "www.dhapress.com" layihəsi Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan-Türkiyə birgə media platformasının yaradılmasına dair irəli sürdüyü təşəbbüs çərçivəsində həyata keçirilib. Portalın unikal xüsusiyyəti Azərbaycan dilində xəbər lentinə malik olmasıdır. İlk dəfə Türkiyənin media bazarında Azərbaycan xəbərləri Azərbaycan dilində təqdim olunacaq. Təqdimat mərasimində Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Trend BİA-nın direktoru İlqar Hüseynov, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın sədri İsmət Səttarov, Milli Məclisin deputatı Sevil Mikayılova, Türkiyə və Azərbaycanın rəsmi şəxsləri və ictimai xadimləri, iki ölkənin işgüzar dairələrinin nümayəndələri, eləcə də, Türkiyədə akkreditasiya olunmuş yerli və xarici KİV nümayəndələri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti