...

Azərbaycanın sərhəddə buraxılış məntəqəsi təsis etməsi tamamilə suveren və legitim bir qərardır - XİN

Siyasət Materials 25 İyul 2023 09:32 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycana qarşı bölgədə qeyri-qanuni fəaliyyət aparılmasını çətinləşdirən Laçın sərhəd-buraxılış məntəqəsinin aradan qaldırılmasını tələb edən, təcavüzkar siyasəti və separatizmi dəstəkləyən Ermənistan tərəfi anlamalıdır ki, Azərbaycanın Laçında məntəqə təsis etməsi tamamilə beynəlxalq hüquq çərçivəsindədir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Ermənistanın baş naziri Nikol Paşinyanın Fransanın Le Monde qəzetinə müsahibəsi zamanı səsləndirdiyi iddialara dair şərhində deyilir.

"Bu addım, Ermənistanın pozucu fəaliyyətinin qarşısını almaq məqdədilə atılıb və bu məntəqənin mövcudluğu müzakirə mövzusu deyil. Beynəlxalq Ədalət Məhkəməsi də Ermənistanın məlum tələbini 6 iyul tarixli qərarı ilə yekdilliklə rədd edərək, bir daha təsdiq edib ki, Azərbaycanın sərhəddə buraxılış məntəqəsi təsis etməsi tamamilə suveren və legitim bir qərardır", - deyə şərhdə qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti