...

Azərbaycanın infrastruktur təşəbbüsləri dünyada iqtisadi əməkdaşlığın genişlənməsinə əlavə təkan və töhfə verəcək - Sevil Mikayılova

Siyasət Materials 25 İyul 2023 18:38 (UTC +04:00)
Azərbaycanın infrastruktur təşəbbüsləri dünyada iqtisadi əməkdaşlığın genişlənməsinə əlavə təkan və töhfə verəcək - Sevil Mikayılova
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Azərbaycanın yeni dünya düzənində formalaşan yol infrastrukturunun vacib halqasına çevrilməsi ölkəmizin həm siyasi, həm də iqtisadi nüfuzunu artırıb. Əminliklə söyləyirik ki, Azərbaycan dünyanın yeni kommunikasiya xəritəsində vacib qovşağa çevrilir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikyaılova deyib.

S.Mikayılova əlavə edib ki, uğurlu coğrafi mövqeyi ölkəmizə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm hissəsi olmaq imkanı yaradıb. Bu imkandan çox uğurlu və rasional istifadə etməyi bacan dövlətimiz, eyni zamanda öz ərazisində müasir yol infrastrukturu formalaşdıraraq, qlobal nəqliyyat şəbəkəsində vacib mövqeyə maliklənib. Bu gün Azərbaycan Avropa, eləcə də, dünyanın enerji və nəqliyyat mərkəzlərindən birinə çevrilməyi bacarıb.

"Son illərdə həm bütün respublika üzrə, həm də bəhs olunan dəhlizlər boyunca avtomobil yollarının yenidən qurulması istiqamətində çoxsaylı layihələr reallaşdırılıb.

Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə yollar ən müasir standartlar səviyyəsinə çatdırılıb. Eyni zamanda, bu yollar üzərində yüksəksəviyyəli logistika xidmətləri təşkil olunub. Bütün bu görülmüş işlərin nəticəsidir ki, son vaxtlarda Azərbaycan üzərindən daşımaların həcmi əhəmiyyətli dərəcədə artıb.

Dövrümüzün ən nəhəng logistika hesab olunan və layihə dəyəri 3.8 triliyon dollar qiymətləndirilən “Bir kəmər, bir yol” layihəsində Azərbaycan da iştirakçıdır və xüsusi qeyd edilməlidir ki, 307 günə ölkə ərazisində infrastruktur layihəsini tamamlayıb. Hazırda Azərbaycan texniki imkanlarını genişləndirməkdədir. Bir neçə il əvvəl istifadəyə verilən dəniz ticarət limanının imkanları hazırda 25 milyon tona qədər çatdırılıb. Hazırda həmçinin Azərbaycanın dəmir yolu xətlərinin müasirləşdirilməsi, daha çox yüklərin nəql edilməsi üçün işlər görülür", - deyə deputat əlavə edib.

Azərbaycanın reallaşdırmağı hədəflədiyi Zəngəzur dəhlizinin əhəmiyyətindən də danışan Sevil Mikayılova əlavə edib ki, Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi reallaşdırılması üçün fəal şəkildə işlər görülür.

"Azərbaycan Zəngəzur dəhlizi reallaşdırılması üçün öz üzərinə düşən tikinti işlərinin 70 faizə qədərini artıq tamamlayıb. Zəngəzur dəhlizinin açılması ilə isə Azərbaycanın tranzit potensialı daha da yüksələcək. Zəngəzur dəhlizi “Bir kəmər, bir yol” layihəsinin əhəmiyyətli kommunikasiya hissəsinə çevriləcək. Azərbaycanın qlobal nəqliyyat şəbəkəsinin inkişafı istiqamətində atdığı addımlar dünyada iqtisadi əməkdaşlığın genişlənməsinə əlavə təkan və töhfə verəcək", - deyə S.Mikayılova əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti