...

Aİ-nin Ermənistandakı missiyasının təkzib bəyanatı onun mövcud mandatından kənara çıxır - Sevil Mikayılova

Siyasət Materials 15 Avqust 2023 15:33 (UTC +04:00)
Aİ-nin Ermənistandakı missiyasının təkzib bəyanatı onun mövcud mandatından kənara çıxır - Sevil Mikayılova
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası qərəzli mövqe tutur və bu cür mövqe regionda sülhün möhkəmləndirilməsi istiqamətində atılan addımları zərbə altına qoyur. Missiyanın Azərbaycanın erməni tərəfinin sərhədə hərbi texnika yığması haqda açıqlamasını, faktiki olaraq, təkzib edən bəyanatı ağ yalandır və onun mövcud mandatından kənara çıxır.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Deputat bildirib ki, faktlara əsaslanaraq, Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın şərti sərhəddə silahlı qüvvə və hərbi texnika cəmləşdirməsi barədə bəyanat verib.

“Aİ missiyasının Ermənistan Xarici İşlər Nazirliyini qabaqlayaraq, “çevik” reaksiya verməsi çoxlu suallar doğurur. Tərəf tutan missiya obyektiv ola bilməz və onun bəyanatlarının siyasi çəkisi də, təbi ki, olmayacaq. Missiya bu cür yanaşması ilə Aİ-nin sülh təşəbbüslərinə də xələl gətirir və beləliklə, regionda sülhün möhkəmləndirilməsi istiqamətində göstərilən səyləri zədələyir.

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi qeyri-konstruktiv yanaşmalara görə, təəssüf ki, nəticəsiz qalıb və bu günə qədər sülh müqaviləsi imzalamaq mümkün olmayıb. Missiya nəinki sülh prosesini ləngidir, bu cür açıqlamaları ilə riskli vəziyyətə rəvac verir”, - deyə S.Mikayılova deyib.

O vurğulayıb ki, Ermənistanın şərti sərhəddə silahlı qüvvə və hərbi texnika cəmləşdirməsi heç kimə sirr deyil.

“Lakin Avropa İttifaqının bunu görməzdən gəlməsi, belə yalan açıqlama verməsi onun beynəlxalq aləmdə nüfuzunu, etibarlılığını kölgə altında qoyur və regionda jandarmeriya funksiyasını yerinə yetirməyə cəhd etdiyini göstərir”, - deyə S.Mikayılova əlavə edib.

Deputat bildirib ki, təəssüf ki, bu, Aİ-nin Azərbaycana qarşı ilk belə qərəzli münasibəti deyil.

“Bundan öncə də biz Aİ-nin ölkəmizə qarşı dəfələrlə ədalətsiz mövqe nümayiş etdirməsinin şahidi olmuşuq. Aİ Azərbaycanla razılaşdırmadan, birtərəfli qaydada sərhədimiz boyunca "mülki" missiyasını yerləşdirmək qərarı aldı. Elə bu birtərəfli qərarın özü Aİ-nin gələcək davranışlarından xəbər verirdi və bu gün Aİ-nin Ermənistandakı missiyasının qərəzli açıqlaması da bunu bir daha sübut edir.

Azərbaycan dayanıqlı sülhün bərqərar olması gündəliyinə sadiqdir. Bu gün regionda proseslər Azərbaycanın müəyyən etdiyi gündəliyə uyğun baş verir və ölkəmiz hər hansı kənar qüvvələrin bu cür müdaxiləsini dəf etmək iqtidarındadır”, - deputat deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti