...

İtkin düşən azərbaycanlılarla bağlı BQXK ilə əməkdaşlıqda gözlənilən nəticə əldə edilməyib - Ombudsman

Siyasət Materials 30 Avqust 2023 11:30 (UTC +04:00)
İtkin düşən azərbaycanlılarla bağlı BQXK ilə əməkdaşlıqda gözlənilən nəticə əldə edilməyib - Ombudsman
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İtkin düşən azərbaycanlılarla bağlı məlumatların əldə edilməsi məqsədilə Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə əməkdaşlıqda bir çox işlər görülsə də, gözlənilən nəticə əldə edilməyib.

Trend xəbər verir ki, bu barədə Ombudsmanın I Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılarla bağlı hesabatında öz əksini tapıb.

"Təəssüf ki, bu gün də dünyada münaqişələr davam edir, insanlar müxtəlif səbəblərdən itkin düşür və onların taleyi qlobal problem olaraq qəbul edilir. Belə ki, doğmalarının sağ olduğu və ya öldüyü məlum olmadığından itkin düşmüş şəxslərin ailələri həm daimi olaraq psixoloji sarsıntı və nigaranlıqla yaşamalı olur, həm də itkin düşənin ailədəki rolundan asılı olaraq iqtisadi və digər çətinliklərlə qarşılaşırlar. Sayı dörd minə yaxın olan itkin düşmüş azərbaycanlıların ailə üzvləri 30 ilə yaxındır ki, bu iztirablı taleyi yaşayır. Bəzi ailələrdən hətta bir neçə şəxs eyni vaxtda itkin düşüb", - deyə hesabatda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti