...

Bəzi itkin düşmüş şəxslərin ailələri ermənilər tərəfindən dələduzluğa məruz qalıblar

Siyasət Materials 30 Avqust 2023 11:43 (UTC +04:00)
Bəzi itkin düşmüş şəxslərin ailələri ermənilər tərəfindən dələduzluğa məruz qalıblar
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının məruz qaldığı təcavüz və nəticədə yaranan humanitar problemlərlə əlaqədar olaraq ilkin mərhələdə müharibə qurbanları ilə bağlı işin təşkilində yaranan çətinlikdən bəzi insanlar sui-istifadə edib. Belə ki, onlarla Azərbaycan vətəndaşı, o cümlədən meyitlər böyük məbləğdə pulun ödənilməsi müqabilində ermənilər tərəfindən geri qaytarılib, bəzi hallarda isə ailələr aldadılaraq dələduzluğa məruz qalıblar.

Trend xəbər verir ki, bu barədə Ombudsmanın I Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılarla bağlı hesabatında öz əksini tapıb.

"Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən verilən iki fakt aşağıda qeyd edilmişdir:

▪ 31 dekabr 1992-ci ildə Qazax rayonunun Ermənistanla sərhəd ərazisində itkin düşmüş İsayev Əsgər İsmayıl oğlunun axtarışı ilə məşğul olmuş qardaşı İsayev Cahangir İsmayıl oğlu və bacısının həyat yoldaşı Məmmədov Məmməd Qərib oğlu 7 noyabr 1993- cü il tarixində Ermənistanın Gürcüstanla sərhəd ərazisinə gedərək, orada ermənilərlə danışığa girmiş və sonda Əsgər İsayevlə görüşdürəcəkləri və onu azad edəcəkləri adı altında aldadılaraq Ermənistana aparılıb. Hazırda onların hər üçünün sonrakı taleyi qaranlıq qalıb.

▪ 1993-cü ilin fevral ayında Azərbaycan Respublikasının Ağdərə rayonu uğrunda gedən döyüşlərdə itkin düşmüş Azərbaycan Ordusunun əsgəri Quliyev Xaqanı Nurəddin oğlunun axtarışı ilə məşğul olmuş doğmaları öz təşəbbüsləri ilə Rusiyada yaşayan ermənilərlə əlaqə yaratmışlar. Onları Xaqani Quliyevin sağ olduğuna inandırmış ermənilər 25 min ABŞ dolları müqabilində onu azad edəcəklərini bildirmişlər. Yaxın qohumlarının köməkliyi ilə həmin vəsaiti toplamış Xaqani Quliyevin qardaşı Mahir Quliyev 1996-cı ilin yayında Rusiyaya getmişdir. Lakin ermənilər göstərilən məbləği gətirmiş Mahir Quliyevin özünü də orada qətlə yetirərək pulu götürmüş və qaçıblar", - deyə hesabatda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti