...

Ermənilər işğal zamanı əsir və girov götürdüyü azərbaycanlılara qeyri-insani münasibət göstəriblər - Ombudsman

Siyasət Materials 30 Avqust 2023 11:49 (UTC +04:00)
Ermənilər işğal zamanı əsir və girov götürdüyü azərbaycanlılara qeyri-insani
münasibət göstəriblər - Ombudsman
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən açıqlanmış sənədlərə istinadən qeyd etmək lazımdır ki, Azərbaycan ərazilərinin Ermənistan silahlı birləşmələri tərəfindən işğalı zamanı əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına nəinki qeyri-insani münasibət göstərilmiş, onlar hətta bir sıra müxtəlif məqsədlər üçün istifadə olunublar.

Trend xəbər verir ki, bu barədə Ombudsmanın I Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılarla bağlı hesabatında öz əksini tapıb.

" ▪ Ermənistan cəmiyyətində nifrət hissinin artırılması məqsədi ilə mülki əhalinin ixtiyarına verilərək meydanlarda nümayişkaranə şəkildə alçaldılmış və təhqir ediliblər;

▪ xüsusən zərərli istehsal sahələrində qul kimi istifadə olunublar;

▪ “erməni soyqırımı”nın anım günlərində və döyüşlərdə həlak olmuş terrorçu-quldur dəstəsi üzvlərinin və Ermənistan əsgərlərinin məzarı üzərində qurban kəsiliblər;

▪ işğal olunmuş yaşayış məntəqələrində tarixi abidələrin, qəbiristanlıqların, evlərin və inzibati binaların sökülməsində və talan olunmasında, başqa sözlə, vandalizm aktlarında istifadə ediliblər;

▪ biri-birinə qarşı fiziki və qeyri-əxlaqi əməllər törətməyə təhrik ediliblər və s. Həmçinin erməni xüsusi xidmət orqanlarının əsir-girovların hədə-qorxu və şantaj vasitəsilə Azərbaycan Respublikasına qarşı terror-təxribat əməlləri törətməyə təhriki faktları da mövcuddur", - deyə hesabatda əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti