...

Separatçılar Ağdam istiqamətində təxribata cəhd etdi - Ordumuz qarşısını aldı

Siyasət Materials 13 Sentyabr 2023 13:16 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ağdam istiqamətində qeyri-qanuni erməni silahlı dəstələrinin təxribatının qarşısı alınıb.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sentyabrın 13-ü saat 12:20 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətindəki döyüş mövqeləri intensiv atəşə tutulub.

Qeyd edilib ki, bölmələrimiz tərəfindən zəruri tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti