...

Aralarında Rusiya və Ermənistan vətəndaşları olan daha 79 nəfər Qarabağı tərk edib (FOTO)

Siyasət Materials 16 Sentyabr 2023 11:22 (UTC +04:00)
Aralarında Rusiya və Ermənistan vətəndaşları olan daha 79 nəfər Qarabağı tərk edib (FOTO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin növbəti dəfə sərbəst keçidi təmin olunub.

Trend xəbər verir ki, bu gün məntəqədən növbəti dəfə 79 şəxs Ermənistan istiqamətində sərbəst şəkildə keçid ediblər.

Keçid edənlər arasında erməniəsilli şəxslərlə yanaşı, Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan insanlar da var. Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin olunub.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərməklə yanaşı, Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlanmasına dair iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti