...

Türkiyə Azərbaycanın ərazi bütövlüyü üçün hərtərəfli dəstək verir - Gencehan Tunay (ÖZƏL)

Siyasət Materials 20 Sentyabr 2023 18:05 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Azərbaycanın ərazi bütövlüyü üçün hərtərəfli dəstək verir.

Trend xəbər verir ki, bu sözləri TurkicWorld-a özəl açıqlamasında Dünya Türkləri İş Adamları Dərnəyi rəhbəri, Zəfər Partiyasının baş müşaviri Gencehan Tunay bildirib.

“Azərbaycan 2020-ci ildə 44 gün davam edən vətən müharibəsindən sonra illərdir işğal altında olan Qarabağı rəsmən azad etdi. Ermənistan isə üç tərəfli bəyanata əməl etməyərək sülh sazişini imzalamaqdan boyun qaçırdı. Bütün bunlar və Ermənistanın Qarabağ ərazisində terror aktları törətməsi Azərbaycanın bu ərazidə lokal antiterror tədbirləri başlatmasını zəruri etdi”, - deyə G.Tunay əlavə edib.

Onun sözlərinə görə, Ermənistanın qlobal güclərlə problemləri davam edərkən, qardaş Türkiyə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

“Türkiyə Qafqazda iğtişaş və qeyri-sabitliyin olmasını qəbul etmir və Ermənistandan normal qonşuluq münasibətlərinin təmin edilməsini tələb edir”, - deyə G.Tunay əlavə edib.

O həmçinin bildirib ki, Azərbaycanın Qarabağdakı antiterror tədbirləri beynəlxalq hüquq baxımından əsaslıdır.

“Azərbaycanın keçirdiyi antiterror tədbirləri humanistliyə görə dünyada nümunədir. Çünki Azərbaycan yalnız hərbi infrastrukturu hədəf alıb. Ermənistanın icra etmək istəmədiyi öhdəlikləri Azərbaycan güc yolu ilə icra etdirməyə məcbur oldu”, - deyə G.Tunay vurğulayıb.

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 19-20 sentyabr tarixlərində bölgədə lokal xarakterli antiterror tədbirləri həyata keçirilib.

Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də, döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılıb.

Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub.

Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Xəbər lenti

Xəbər lenti