Bakı. Trend:
2022-ci ilin avqustundan indiyədək Qarabağda 2021-ci ildə Ermənistanda istehsal olunmuş 2728 mina aşkar edilərək zərərsizləşdirilib.
Trend-in məlumatına görə, bu barədə xarici işlər naziri Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.
Nazir xatırladıb ki, sentyabrın 19-da Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşlarının olduğu yük maşını Ermənistan tərəfindən bastırılan minalardan birinə düşərək partlayıb. Əməkdaşlar yerindəcə dünyasını dəyişib. Yük maşını həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonu ərazisindən keçən 58-ci kilometrliyində törədilən terror aktı yerinə gedirmiş, nəticədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları öldürüldü.
"Bu minaların bu yaxınlarda əraziyə daxil olan erməni diversiya
qrupu tərəfindən qoyulduğu şübhə doğurmur. 2020-ci ilin Üçtərəfli
Bəyanatından sonra 2022-ci ilin avqustundan indiyədək Azərbaycanda
2021-ci ildə Ermənistanda hasil edilən ümumilikdə 2728 mina aşkar
edilərək zərərsizləşdirilib. Belə ki, Azərbaycan-Ermənistan sərhədi
boyunca
Kəlbəcər və Laçın rayonlarında 1119 mina, Qarabağ İqtisadi
Rayonunda isə 1609 mina aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə
2020-ci ilin noyabr ayında Üçtərəfli Bəyanatın imzalanmasından
bugünədək 314 nəfər minaların qurbanı olmuşdur", - deyə nazir
bildirib.
Ceyhun Bayramov əlavə edib ki, Erməni silahlı qüvvələrinin mülki
və hərbi itkilərə səbəb olan təxribat əməllərinə cavab
olaraq, Azərbaycan Silahlı Qüvvələri bu qanunsuz silahlı
birləşmələri tərksilah etmək, Azərbaycanın mülki və hərbi heyətinin
təhlükəsizliyinə hədə olan birbaşa təhlükəni zərərsizləşdirmək üçün
lokal antiterror tədbirlərinə başlayıb.