...

Bu, Azərbaycan mərkəzi hakimiyyətinin tələbidir - Qarabağda hələ də mövcud olan quldurlara MESAJ (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 28 Sentyabr 2023 17:30 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Qanunsuz erməni silahlı birləşmələrinin tərkisilah edilməsi prosesi başlayıb. Müdafiə Nazirliyinin məlumatlarından da bu prosesin gedişatını izləyə bilirik.

Bunu Trend-ə açıqlamasında hərbi ekspert Azər Bayramov deyib.

Onun sözlərinə görə, aşkarlanan silah-sursat anbarlarının əksəriyyəti mülki obyektlərdə yerləşdirilib.

"Bu faktın dünyaya təqdim edilməsi onların iç üzünü ortaya qoyur. Onlar hətta mülki insanları da silahlandırmağa çalışdılar. Qarabağdakı bütün erməni qruplar bilməlidir ki, Azərbaycan mərkəzi hakimiyyətinin tələbinə uyğun olaraq hər biri silahları təhvil verməlidir, əks halda bu onlar üçün gələcəkdə ağır nəticələrə səbəb ola bilər.

Gələcəkdə bütün proseslər Azərbaycanın müvafiq qurumlarının nəzarəti ilə həyata keçiriləcək. Silahların təhvil verilməsi prosesi tezliklə yekunlaşacaq. Azərbaycan tam əminliklə qarşıya qoyduğu məqsədlərinə çatır", - deyə o, qeyd edib.

Geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti