...

Prezident İlham Əliyev Zəngilan şəhərində 3-cü yaşayış kompleksinin təməlini qoyub (VİDEO) (YENİLƏNİB)

Siyasət Materials 28 Sentyabr 2023 14:43 (UTC +04:00)
Prezident İlham Əliyev Zəngilan şəhərində 3-cü yaşayış kompleksinin təməlini qoyub (VİDEO) (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan şəhərində 3-cü yaşayış kompleksinin təməlini qoyub.

Trend xəbər verir ki, dövlətimizin başçısına kompleks barədə məlumat verildi.

Qeyd olundu ki, yaşayış kompleksi iki sahəyə bölünüb və hər biri üçün özünəməxsus konsepsiya hazırlanıb. Binaların memarlıq baxımından fərqliliyini təmin etmək məqsədilə onlar müxtəlif üslubda layihələndirilib.

Məlumat verildi ki, ümumi sahəsi iki hektar olan yaşayış kompleksində tikiləcək 3, 4 və 5 mərtəbəli çoxmənzilli binalar 8 blokdan və 192 mənzildən ibarət olacaq.

Prezident İlham Əliyev 3-cü yaşayış kompleksinin təməlini qoydu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti