...

Azərbaycan bütün suveren ərazilərinə nəzarəti tam bərpa edib - Sahibə Qafarova

Siyasət Materials 2 Oktyabr 2023 11:09 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bildiyiniz kimi 19-20 sentyabr tarixlərində antiterror tədbirləri keçirildi və nəticədə qanunsuz erməni silahlı qüvvələri darmadağın edilib və kriminal xunta rejiminin fəaliyyətinə son qoyulub.

Trend-in məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, nəticədə Azərbaycan bütün suveren ərazilərinə nəzarəti tam bərpa etdi.

“Bu möhtəşəm uğur 44 günlük Vətən müharibəsində əldə olunan qələbənin məntiqi davamıdır”, - deyə o qeyd edib.

S.Qafarova qeyd edib ki, əminəm ki, erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün görülən tədbirlər uğurla başa çatacaq.

“Ona da inanıram ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması perspektivi daha realdır və Cənubi Qafqazda sabitliyin bərqərar olması günü uzaqda deyil.
Azərbaycan dövləti buna çalışır və biz buna qarşı tərəfdən də eyni yanaşmanı gözləyirik. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sentyabrın 20-də xalqa müraciətində söylədiyi bu sözlər düşünürəm ki, hər bir azərbaycanlının fikrini ifadə edir. “Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əminamanlığa, inkişafa söykənsin. Bununla bərabər onu da bilməliyik ki, bizə xor baxanlar, torpaqlarımıza göz tikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, dəmir yumruq yerindədir və hər zaman yerində olacaq. Heç kim bizimlə diktat və ya ultimatum dilində danışa bilməz. Bunu heç kim unutmasın, onu da unutmasınlar ki, Qarabağ Azərbaycandır!”, - deyə S.Qafarova əlavə edib.

Qeyd edək ki, sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri keçirilib.

Azərbaycan Ordusu qarşısında tab gətirə bilməyən Qarabağdakı Ermənistan silahlı qüvvələrinin birləşmələri və separatçılar ağ bayraq qaldıraraq təslim olublar. Şərtlərə əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir. Qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Xəbər lenti

Xəbər lenti