Bakı. Trend:
İran Ermənistan-Azərbaycan sərhədinə müşahidəçi ezam etməyə hazır olduğunu bildirir.
Trend-in məlumatına görə, bunu İranın Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdə deyib.
M.Baqerinin sözlərinə görə, Qafqazda baş verən təhlükəsizlik prosesləri regionun təhlükəsizliyində effektiv təsirə malikdir.
Baqeri əlavə edib ki, Qafqazda gərginliyin davam etməsi Ermənistan və Azərbaycan, eləcə də, digər region ölkələrinin xeyrinə deyil:
"Bu gərginliyin aradan qaldırılmasına səylər göstərilməlidir və İran gərginliyn aradan qaldırılmasına kömək etməyə hazırdır".
Qeyd edək ki, cari ilin yanvar ayında Avropa İttifaqının “mülki missiyası”nın Ermənistanda yerləşdirilməsinə qərar verilib. Bu “mülki missiya” bölgədə heç bir problemin həllinə dair heç bir addım atmayıb və bölgədə Aİ-nin “mülki missiya”sının fevral ayında başlayan “fəaliyyəti”nin müddəti rəsmi Bakının mövqeyi öyrənilmədən 2 aydan 2 ilə uzadılıb.