...

Azərbaycanın sədrliyi ilə İƏT-ə üzv dövlətlərin yüksək səviyyəli rəsmilərinin görüşü keçirildi (FOTO)

Siyasət Materials 9 Oktyabr 2023 17:15 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikasının sədrliyi altında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzv dövlətlərinin yüksək səviyyəli rəsmilərinin görüşü keçirilib.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin sədrliyi altında baş tutub.

Görüş zamanı sabah Şuşa şəhərində keçiriləcək İƏT-in xarici işlər nazirləri şurasının 27-ci iclasına hazırlıq və təşkilatçılıq məsələləri, habelə tədbirin gündəliyində duran sənədlər müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti