...

Fransa müstəqillik tərəfdaşı olan qrupları öldürür - Jan-Jakob Bisep

Siyasət Materials 20 Oktyabr 2023 10:39 (UTC +04:00)
Fransa müstəqillik tərəfdaşı olan qrupları öldürür - Jan-Jakob Bisep
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qvadelupa əhalisi 4 əsrdir Fransanın müstəmləkəsi altında yaşayır. Biz artıq tam suveren ölkə olmaq istəyirik. Qvadelupa əhalisi Fransaya qarşı illərlə mübarizə aparan qəhrəman millətdir.

Trend xəbər verir ki, bu sözləri Qvadelupanın Azadlıq uğrunda Xalq Birliyinin üzvü Jan-Jakob Bisep Bakıda keçirilən konfransda deyib.

O qeyd edib ki, Qvadelupada müstəqillik tərəfdaşı olan qruplar Fransa tərəfindən öldürülür və onların sayı əhaliyə açıqlanmır.

“Biz torpaqlarımız üçün mübarizə aparırıq. Qvadelupa gəncləri Fransanın göndərdiyi müəllimlərdən dərs alırlar. Onlar öz kitablarında bizim dilimizi, tariximizi, mədəniyyətimi təhrif edir, gənclərimizə Fransa tarixini və dilini öyrədirlər. Həmin gənclər daha sonra Fransanın müəyyən etdiyi yerlərə işləməyə gedirlər. Bizim xalq bu haqsızlıqlarla daim mübarizə aparıb. Ölkəmdə yüzlərlə insan fransız polisləri tərəfindən həbs edilir, bir çoxu amansızlıqla qətlə yetirilir.

Qvadelupanın təbii sərvətləri illərdir Fransa tərəfindən mənimsənilir. Ölkəmdə yaşayan vətəndaşların sosial vəziyyəti heç də yaxşı deyil. Biz hakimiyyətdə olan insanlardan lazım olan tədbirləri görmələrini tələb edirik. Böyük dövlətlər Karib hövzəsində insan hüquqlarını əzərək öz güclərini nümayiş etdirirlər. Karibdə sülh yenidən bərqərar olmalıdır”,- deyə o bildirib.

Qeyd edək ki, bu gün Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans öz işinə başlayıb. Konfransda 14 ölkədən, eləcə də, Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin (Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupa), həmçinin, Korsika təmsilçiləri də iştirak edir.

Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.

BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

Xəbər lenti

Xəbər lenti