...

Tehranda “3+3” formatında keçirlən iclasdan GÖZLƏNTİLƏR

Siyasət Materials 23 Oktyabr 2023 17:53 (UTC +04:00)
Tehranda “3+3” formatında keçirlən iclasdan GÖZLƏNTİLƏR
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Vətən müharibəsindən sonra əldə etdiyi qələbə ilə işğal altındakı torpaqlarının azad edilməsində əldə etdiyi uğurları regional sabitliyə çevirmək niyyətini açıq şəkildə nümayiş etdirdi.

Bunu Trend-in suallarını cavablayarkən UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin dekanı, Uludağ Universitetinin professoru Mehmet Yüce deyib.

"Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin təklifi ilə regionda sabitliyi təmin etmək məqsədilə yaradılan platformaya üç regional ölkə (Azərbaycan, Gürcüstan və Ermənistan) və üç qonşu ölkənin (Türkiyə, Rusiya və İran) daxil olduğu regionda sabitliyin təmin edilməsi məqsədilə yaradılmış platforma həyata keçirilsə, regionun bir çox problemləri Qərbin müdaxiləsi olmadan həll edilə bilər. Bu platforma həyata keçirilsə, regionda sülhə və sabitliyə xidmət edəcək, çünki region ölkələrinin iştirakı ilə regional problemlərin həllinə kömək edəcək", - deyə o vurğulayıb.

M.Yüce həmçinin əlavə edib ki, Ermənistan bu platformanın hər iki iclasında iştirak edir, lakin etimad yaratmır.

"Çünki Ermənistan Azərbaycanın Qarabağ zəfərindən sonra stabil siyasət yürütmədi. Üçtərəfli bəyannamədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınan Ermənistanın müxtəlif platformalarda həmişə sülhlə bağlı ifadə etdiyi siyasətin əksinə bir siyasət yürütdüyü görünür. Belə olan halda ya Ermənistan müstəqil qərar vermək qabiliyyətini itirib, ya da Ermənistan sülh tərəfdarı deyil, özünü sülhpərvər kimi qələmə verməklə dünya ictimai rəyini çaşdırır. Reallıqda hər iki vəziyyət Ermənistan üçün keçərlidir. Bu səbəbdən də Ermənistanın qeyri-sabit münasibəti ucbatından Tehranda keçirilən xarici işlər nazirlərinin toplantısında qəbul edilən qərarlardan ciddi gözləntilərin olması mümkün görünmür. Buna baxmayaraq, Rusiya və İranın bu platformaya müsbət münasibəti Ermənistana ciddi təzyiq göstərəcək", - deyə M.Yüce bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti