...

İnformasiya məkanın mümkün təhdidlərdən qorunması milli təhlükəsizliyin əsas istiqamətlərindəndir - Nazir müavini

Siyasət Materials 26 Oktyabr 2023 11:12 (UTC +04:00)
İnformasiya məkanın mümkün təhdidlərdən qorunması milli təhlükəsizliyin əsas istiqamətlərindəndir - Nazir müavini
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İnformasiya texnologiyalarının sürətli inkişafı, rəqəmsallaşma prosesinin sürətlənməsi qlobal səviyyədə kiberhücumların sayının artmasına səbəb olur. Azərbaycanın informasiya məkanın mümkün təhdidlərdən qorunması milli təhlükəsizliyin əsas istiqamətlərindəndir.

Trend xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov “Critical Infrastructure Defence Challenge 2023” tədbirində çıxışı zamanı deyib.

O qeyd edib ki, Vətən müharibəsi, eyni zamanda ötən dövrdə həyata keçirilən antiterror əməliyyatları zamanı ölkəmizə məxsus inernet informasiya resurslarına qarşı hücumların qarşısının alınması istiqamətində kompleks tədbirlər həyata keçirilib:

"Kibertəhlükəsizlik Mərkəzinin ölkədə kibertəhlükəsizlik mədəniyyətinin formalaşmasında, cəmiyyətin bütün üzvlərinin bu prosesə tam hazırlıqlı olması üçün önəmli rol oynayır

Kibertəhlükəsizliyin təmin edilməsi müasir avadanlıq və proqram təminatlarının tətbiq edilməsi deyil, həmçinin insan, proseslər və texnoloji amillərin birlikdə dəyərləndirməsi ilə mümkündür".

Xəbər lenti

Xəbər lenti