...

İnanıram ki, TDT-nin növbəti Zirvə Görüşündə Şimali Kipri müşahidəçi qismində görəcəyik - Ərdoğan

Siyasət Materials 3 Noyabr 2023 11:07 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Astana. Trend:

İnanıram ki, TDT-nin növbəti Zirvə Görüşündə Şimali Kipri müşahidəçi qismində görəcəyik.

Trend cümə günü xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Astanada keçirilən 10-cu Zirvə Toplantısında deyib.

"Şimali Kipr Türk Cümhuriyyəti əvvəlki sammitlərə müşahidəçi qismində qoşulub, bu tarixi qərar idi və bu qərarı qəbul etdiyiniz üçün sizə təşəkkür edirəm. Bununla türk dünyası hamıya göstərdi ki, türk kiprliləri təcrid olunmalarına baxmayaraq, tək deyillər və onlarla həmrəylik göstərmək bizim öhdəliyimizdir.

Onlar bizim böyük türk ailəmizin tərkib hissəsidir. Ümid edirəm ki, növbəti sammitimizdə Şimali Kipr Türk Cümhuriyyətinin nümayəndələrini görəcəyik. Mən bu məsələdə sizə inanıram. Həmçinin, Türkmənistanı təşkilatımızın tamhüquqlu üzvü olaraq görmək istərdim", - o deyib.

Xatırladaq ki, bu gün Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley sammiti başlayıb.

Sammit çərçivəsində fövqəladə hallar və metrologiya sahəsində çoxtərəfli sənədlərin imzalanması gözlənilir. Bundan əlavə, TDT-nin nəqliyyat proqramının həyata keçirilməsi üzrə birgə fəaliyyət planı, həmçinin Astana Aktı və Astana Sammitinin Bəyannaməsi imzalanacaq.

Zirvə toplantısının sonunda TDT-yə sədrlik Özbəkistandan Qazaxıstana keçəcək.

2023-cü ildə Özbəkistan TDT-yə sədrlik edir. Sədrliyin başlanğıcı ötən ilin noyabrında “Türk sivilizasiyasının yeni dövrü: ortaq inkişaf və tərəqqiyə doğru” çağırışı altında keçirilən TDT sammiti olub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti