...

Sülh sazişindən sonra yükdaşımaların əsas hissəsi Azərbaycandan keçəcək - Erməni deputat

Siyasət Materials 8 Noyabr 2023 13:19 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı ilə İrəvan arasında sülh sazişi bağlanandan sonra yükdaşımaların əsas hissəsi Azərbaycan ərazisindən keçəcək.

Trend xəbər verir ki, bunu hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Gevork Papoyan Yuxarı Lars yoluna alternativ marşrut üzrə danışarkən jurnalistlərə bildirib.

Erməni deputat qeyd edib ki, bu marşrut Ermənistan üçün daha sərfəlidir, çünki daha qısa və rahatdır.

O xatırladıb ki, həmin marşrut sovet dövründə də fəaliyyət göstərirdi, lakin sülh sazişi bağlanmadan onu işə salmaq mümkün deyil.

“Sülh sazişinə gəlincə isə, orada müharibə təhlükəsi yarada biləcək müddəalar olmamalıdır”, - deyə Papoyan əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti