Bakı. Trend:
Fransanın quru qoşunlarının tərkibində yeni, "Avropa" adlı hava-quru əməliyyatları komandanlığı yaradılıb. Ölkənin Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, yeni struktur Fransa ordusunun Avropadakı bütün quru və hava əməliyyatlarını idarə edəcək.
Ekspertlər hesab edirlər ki, "Avropa"nın yaradılması Frasna ordusunun əsas diqqəti indiyədək olduğu kimi Afrikaya yox, Şərti Avropaya, daha doğrusu, Rusiya Federasiyası ilə qarşıdurmaya yönəltmək niyyətindən xəbər verir.
Fransa quru qoşunlarının yeni Avropa komandanlığının qarşısına qoyulmuş əsas məqsəd artıq Şərqi Avropa ölkələrində yerləşdirilmiş fransız hərbi kontingentin fəaliyyətinə nəzarəti dahza effektiv etməkdir.
Fransanın indi Rumıniyada bir alayı, Estoniyada taburu, Polşada isə ukraynalı hərbçilərə təlimlər keçən hərbi təlimatçıları var.
Fransa quru qoşunlarını baş qərargah rəisi Pyer Hillin dediyinə görə, yeni "Avropa" komandanlığının yaradılması "NATO çərçivəsində kollektiv təhlükəsizlik problemlərinin həllinə qayıdışdır".
Fransanın şimalındakı Lill şəhərində yerləşən "Avropa"ya quru qoşunlarının sabiq, xüsusi təyinatlı qüvvələrin indiki komandanı general Bertran Tujus rəhbərlik edir.
"Avropa" Fransanın Şərqi Avropa ölkələrində yerləşdiyi hərbi kontingentləriidarə etməklə yanaşı, "zərurət yarandığı təqdirdə" NATO-nun şərq cinahına maksimum qısa müddətdə, təcili qaydada 6 minədək hərbçinin çatdırılmasını təmin etməkdir.
Fransanın hərbi-dəniz və hərbi-hava qüvvələrinin Avropada artıq belə komandanlıqları var.
General B.Tujusun dediyinə görə, quru qoşunlarının komanda-idarəetmə strukturundakı dəyişikliklər ölkənin silahlı qüvvələrində və geosiyasi maraqlarındakı dəyişikliklərə dəlalət edir: "Biz Avropa tərəfə, yüksək intensivlikli savaşlara tərəf ikiqat dönüş etdik".
Rumıniya Fransa ev sahibi olan ölkə ilə NATO-nun digər dövlətləri arasında vasitəçilik edən blokədir. Şimali Atlantika Alyansının Rumıniyada yerləşmiş kontingentində fransalılarla yanahı, Hollandiya və Belçikanın hərbçiləri də var.
Bu kontingent 1 "Leklerk" tank rotası, "Mamba" zenit-raket kompleksləri və sualtı qayıqlarla mübarzə üçün "Atlantique 2" təyyarələri ilə təchiz olunub.
De-fakto Rumıniya iqdi Fransanın Şərqi Avropadakı hərbi mövcudluğunun ən önəmli məkanıdır. Fransalı hərbçilərin bu öklədə yerləşdirilməsi ilə bağtlı məsələ 2023-cü ilin martında razılaşdırılmışdı. Səbəb Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlardı.
Əslində isə ABŞ və Almaniyanın Rumıniyaya təsir imkanlarının artması ilə barışmayan rəsmi Paris bu addımı atmışdı.
Bu ilin mayında GLOBEC atlantist təşkilatının Bratislavada keçirilmiş forumunda Fransa prezidenti Emmanuel Makron demişdi: “Şərqi Avropa ölkələrinin rusofob siyasəti ilə razılaşmayan Paris bu dövlətlərin potensialını indiyədək lazımi səviyyədə dəyərləndirməyib”.
Beləliklə, Fransa Şimali Atlantika Alyansının daxilində geosiyasi təsir uğrunda amansız mübarizədə lider mövqe tutmaq istəyini aşkar bəyan edib.
Zahirən belədir, əslində isə Fransa belə diplomatik və hərbi ritorikaya məcburdur. Son iki il ərzində Fransanın qoşunları Malidən, Burkina-Fasodan və Nigerdən qovulub. Mərkəzi Afrika Respublikası da ərazisindən fransalı hərbçiləri çıxarmağa şazırlaşır. Ümumiyyətlə, Qərbi Afrika dövlətləri bundan sonra Fransa ilə hərbi-texniki əməkdaşlığı davam etdirməkdə maraqlı olmadıqlarına işarə vururlar.
Fransanı Afrikadan hazırda Rusiya, Çin və Türkiyə çıxarır.
Məhz Türkiyə indi Qərbi Afrika ölkələri ilə hərbi-siyasi əməkdaşlığı sürətlə genişləndirərək inkişaf etdirdiyindən Parpis digər, özü üçün nisbətən yeni istiqamətlərdə fəallaşmaq qərarına gəlib.
Fransanın Cənubi Qafqazda aşkar ermənipərəst mövqe tutaraq Azərbaycana qarşı yönəlmiş marazmatik siyasət yürütməsi, ötən həftə Emmanuel Makronun Qazaxıstanla Özbəkistana səfər etməsi bəhs olunan məqamlara dəlalət edir.
Cənubi Qafqazda erməniləri dəstəkləməklə Makron Türkiyə-Azərbaycan tandeminə maneələr yaratmağa çalışırsa, Qazaxıstanla Özbəkistandan uran almaq istəyir.
İndiyədək Fransa urana olan tələbatının çox böyük qismini Niger hesabına təmin edirdi. Bu ilin yayında Nigerdə hərbi çevrilişdən sonra həmin olkədəki uran mədənlərinin bir neçəsinin fəaliyyəti dayandırıldı. Fransanın nüvə energetikası da yeni uran təminatı mənbələri aramaq məcburiyyətində qaldı. Uran həm də Avropa İttifaqında nüvə silahına malik yeganə ölkə olan Fransanın milli təhlükəsizlik məsələsidir.
Orta Asiyadan alacağı uranı rəsmi Paris Rusiya ərazisindən yan ötmək şərtilə, Azərbaycandan keçirərək Türkiyə və ya Gürcüstana, oradan isə Fransaya daşımaq niyyətindədir.
Fəqət, Emmanuel Makronun bu planlarının reallaşması üçün o, mütləq Azərbaycanla bağlı aqressiv və idiotik siyasətindən əl çəkməlidir. Əks təqdirdə, Fransanın alternativ yolu, başqa seçimi yoxdur.
Afrikanın şimalında və qərbində, habelə Aralıq dənizinjdə ciddi geosiyasi rəqiblərə çevrilmiş Türkiyə ilə Fransanın bölgəmizdəki üzləşməsi də Parisin məğlubiyyətiilə başa çatacaq.
Çoxsaylı səbəbləri sadalamağa lücum görmədən yalnız bir məqama toxunaq: Ermənistanı tam dəstəkləyən və sürətlə silahlandırmağa başlayan Paris yanlış seçim edib.
Fransa quru qoşunlarının Baş Qərargah (CEMAT) rəisi Pyer Şill ölkə parlamentiqdəki dinləmələrdə hərbi potensialı artırmaq planlarından bəhs etmişdi.
O, Fransa ordusunun ölkənin geosiyasi maraqlarını tam təmin etməyə çalışacağını da vurğulamışdı.
Dünyanın müxtəlif bölgələrində Makron administrasiyasının yürütdüyü diplomatiyanın və həyata keçirməyə çalışdığı siyasi strategiyanın iflasa uğradığı faktdır.
Eyni proses Cənubi Qafqazda da təkrarlanacaq.
Azərbaycanla Türkiyənin müttəfiqliyinin potensialını və perspektivlərini anlamayan, ölkəmizin Britaniya, Çin, Pakistan və İtaliya kimi ciddi geosiyassi oyunçularla əlaqələrini dərk etməyə Frasna Ermənistana total dəstək verməklə merkantil maraqlarını təmin edə biləcəyini düşünür.
Halbuki Parisin bölgəmizlə bağlı çox zəif nöqtələri var.
Onların arasında ən sadəsi Orta Asiyadakı uranı daşımaq üçün mütləq şəkildə Bakı ilə anlaşmaq zərurətidir.
Emmanuel Makron administrasiyası isteriya üzərində köklənmiş regional siyasəti davam etdirə bilər.
Amma nəticələr necə olacaq?