...

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi sülhlə bağlı çıxış edib (FOTO)

Siyasət Materials 21 Noyabr 2023 08:25 (UTC +04:00)
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi sülhlə bağlı çıxış edib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

BMT Təhlükəsizlik Şurasında Çinin Sədrliyi ilə “Beynəlxalq sülhün və təhlükəsizliyin qorunması” gündəliyi çərçivəsində “Ümumi inkişaf yolu ilə sülhün qorunmasına yardım” mövzusunda açıq müzakirələr keçirilib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın BMT-dənu daimi nümayəndəliyi X hesabında bildirib. Tədbirdə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev də çıxış edib.

"30 ildən çox işğal müddətində Ermənistanda həmin ölkənin silahlı qüvvələri tərəfindən törədilmiş ağır cinayətləri mühakimə etməkdən yayınan qüvvələr bu gün də 4 minə yaxın itkin düşmüş azərbaycanlının taleyinə biganə yanaşır, əvvəllər işğal olunmuş ərazilərə yerləşdirdikləri mina və digər partlayıcı qurğularla bağlı dəqiq məlumatları paylaşmaqdan yayınırlar.

Bəzi regionda olmayan dövlətlərin Cənubi Qafqazı geosiyasi rəqabət və qarşıdurma obyektinə çevirmək, o cümlədən Ermənistanı silahlandırmaq və onun nifrət təbliğatını təşviq cəhdləri sülhə, barışığa və hərtərəfli inkişafa xidmət etmir.

Azərbaycan davamlılığa, inklüziv inkişafa, sosial ədalətə və təmiz enerjiyə diqqət yetirməklə ölkə iqtisadiyyatının yenidən qurulması üçün transformasiya xarakterli dəyişikliklərin sadiq tərəfdarı olmuşdur. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qyulub ki, bunun 200 milyarda yaxın qeyri-enerji sektorunun payına düşür. Bundan əlavə, Azərbaycan nəqliyyat infrastrukturuna sərmayə yatırılmasına və regional tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsinə böyük töhfə verərək, Avropa və Asiya arasında əsas nəqliyyat və logistika qovşaqlarından birinə çevrilib.

Üç il əvvəl müharibə başa çatdıqdan sonra Azərbaycan məcburi köçkünlərin təhlükəsiz geri qayıtmasını normal yaşayışını təmin etmək üçün işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, bərpası və yenidən qurulmasını, onların ölkə iqtisadiyyatına reinteqrasiyasını prioritet vəzifə kimi qoymuşdur. Bu torpaqlara həyat tədricən qayıdır və köçkün ailələrin ilk qrupları artıq öz doğma yurdlarına qayıdıblar", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti