...

Dekolonizasiya daha bərabərhüquqlu cəmiyyətin yaranmasına gətirib çıxaracaq - Yeni Kaledoniya nümayəndəsi

Siyasət Materials 21 Noyabr 2023 13:35 (UTC +04:00)
Dekolonizasiya daha bərabərhüquqlu cəmiyyətin yaranmasına gətirib çıxaracaq - Yeni Kaledoniya nümayəndəsi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qadınlar qərb cəmiyyətindən gələn problemlərlə, maaşların aşağı olması, bərabərsizliklə üzləşiblər.

Trend xəbər verir ki, Kanak və istismar olunan işçilərin koordinatoru (Yeni Kaledoniya) Roch Manoje Haocas "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

O qeyd edib ki, qadın azad olmasa, cəmiyyətin azad olmasından danışmaq olmaz.

“BMT-nin bəyanatlarını nəzərə almaq lazımdır. Dekolonizasiya daha bərabərhüquqlu cəmiyyətin yaranmasına gətirib çıxaracaq.

Hazırda Kanak insan hüquqları ilə öyünən bir dövlət tərəfindən(Fransa) müstəmləkəyə məruz qalır. Fransanın daxili işlər naziri bu il gəldiyi zaman yeni müstəmləkə siyasətini ortaya qoydu. Üç fransız nazirin gələcək aylarda ölkəmizə gəlməsi stabilliyimizi pozacaq”, - deyə o bildirib.

Qeyd edək ki, Bakıda "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda tədbir keçirilir. Tədbir Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutur.

Xəbər lenti

Xəbər lenti