...

Macarıstanın xarici işlər naziri Azərbaycana gəlib

Siyasət Materials 23 Noyabr 2023 01:01 (UTC +04:00)
Macarıstanın xarici işlər naziri Azərbaycana gəlib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Macarıstanın xarici işlər və ticarət naziri Piter Siyyarto Azərbaycana səfərə gəlib.

Trend-in məlumatına görə, bu barədə nazirin "Facebook" səhifəsində bildirilib.

Qeyd edək ki, Macarıstan və Azərbaycanı regional əhəmiyyətli irimiqyaslı layihələr birləşdirir. Xüsusilə, Azərbaycan qazı artıq bu ölkəyə tədarük edilir. İki ölkə Avropanın təmiz enerji təchizatına töhfə verəcək "yaşıl dəhliz" layihəsi üzrə də əməkdaşlıq edir.

Macarıstanın "MOL Group" neft şirkəti Mərkəzi Avropadan Azərbaycana ən böyük investordur.

Bundan əvvəl məlumat verildiyi kimi, Macarıstan şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaxın vaxtlarda qəsəbənin yenidən qurulmasına başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti