Bakı. Trend:
Azərbaycan Ordusunda bölmələrin hərtərəfli təminatı və qoşun xidmətinin təşkilinin daha da yaxşılaşdırılması məqsədilə həyata keçirilən kompleks tədbirlər davam etdirilir.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş
Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və müdafiə nazirinin
müavini - Baş direktor cənab Aqil Qurbanov noyabrın 25-də Müdafiə
Nazirliyinin Rabitə, İnformasiya Texnologiyaları və
Kibertəhlükəsizlik Baş İdarəsinin tabeliyindəki hərbi hissələrdən
birində olublar.
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hissənin ərazisindəki
saxlanclara baxış keçirib.
Azərbaycan Ordusunda dayanıqlı rabitənin təşkili və qoşunların gizli idarə edilməsi üçün nəzərdə tutulmuş müasir tələblərə cavab verən müxtəlif rabitə vasitələri və texnika nümunələri təqdim olunub. Azərbaycan Ordusunun informasiya-kommunikasiya texnologiyaları mühitinə fasiləsiz müşahidə və nəzarəti həyata keçirmək üçün mövcud olan ən yeni texnoloji avadanlıqlar barədə məlumat verilib.
Azərbaycan Ordusunun Baş Qərargah rəisi bölmələrdə rabitə vasitələri və informasiya texnologiyalarının daha da təkmilləşdirilməsi və səmərəli tətbiqinə dair aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.