...

İşsizlikdən sığorta fondunun gələnilki büdcəsi III oxunuşda TƏSDİQLƏNDİ

Siyasət Materials 5 Dekabr 2023 11:24 (UTC +04:00)
İşsizlikdən sığorta fondunun gələnilki büdcəsi III oxunuşda TƏSDİQLƏNDİ
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

“İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, İşsizlikdən Sığorta Fondun 2024-cü ildə gəlirləri və xərcləri bərabər olmaqla 238 milyon manat nəzərdə tutulur ki, bu da cari ildəkindən 20,3 milyon manat, yaxud 9,3% çoxdur.

İşsizlikdən sığorta Fondunun gəlirlərinin 179,98 milyon manatı, yaxud 75,6%-i işsizlikdən sığorta haqları üzrə yığımın, 57,95 milyon manatı, yaxud 24,4%-i isə cari ilin sonuna qədər istifadə olunmamış vəsait hesabına formalaşacaq.

Gələn ildə işsizlikdən sığorta fondunun xərcləri 13 istiqaməti əhatə edəcək. Xərclərin 30,7%-i özünüməşğulluq tədbirlərinin, 23,1%-i məşğulluq xidməti orqanının saxlanmasının, 18,9%-i sosial sahədə xidmətlərin əmək haqqının müştərək ödənilməsinin, 14,7%-i peşə hazırlığı və əlavə təhsilin təşkili xərclərinin maliyyələşməsinə yönəldiləcək.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.

Xəbər lenti

Xəbər lenti