...

Azərbaycan minalar və müharibənin partlayıcı qalıqları ilə güclü çirklənməyə məruz qalıb - BMT

Siyasət Materials 6 Dekabr 2023 13:57 (UTC +04:00)
Aydan Məmmədova
Aydan Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ərazisi yerüstü minalarla və müharibənin partlayıcı qalıqları ilə güclü çirklənməyə məruz qalan ölkələrdən biridir. Onların qurbanları arasında çoxlu qadın və uşaq var.

Trend xəbər verir ki, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin Ofisinin rəhbəri Kanako Mabuçi "Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat" adlı Beynəlxalq Bakı Forumunda deyib.

"Azərbaycan kimi minalardan əziyyət çəkmiş ölkələr üçün bu problemin həlli 2030-cu ilədək dayanıqlı inkişaf məqsədlərinin əldə edilməsi üzrə gündəmin mühüm hissəsidir", - deyə o qeyd edib.

Onun sözlərinə görə, minalar və onların zərərsizləşdirilməsi üzrə fəaliyyətin ekosistemə təsiri Azərbaycan və minalardan əziyyət çəkmiş digər ölkələrin həll etməkdə olduğu ciddi problemdir. Minatəmizləmə dayanıqlı inkişaf və sülhün ilkin şərtidir.

"BMT Azərbaycanla 1999-cu ildən başlayan uzunmüdətli əməkdaşlıqdan qürur duyur. 2020-ci ildən Aİ, Böyük Britaniya hökuməti və digər təşkilatlar Azərbaycanda minaların zərərsizləşdirilməsi üzrə tədbirlərə maliyyə dəstəyi göstərir", - deyə o qeyd edib.

Mabuçi minalar əleyhinə fəaliyyətin məcburi köçkünlərin təhlükəsiz qayıdışı və cəmiyyətin ümumi sabitliyi üçün əsas təşkil etdiyini vurğulayıb.

"Dünya təcrübəsi göstərir ki, mina işi milli hökumətlərin rəhbərliyi altında bütün cəmiyyətin səylərini tələb edir. Minalar və müharibənin partlayıcı qalıqları 60-dan çox ölkədə insanların təhlükəsizliyini və rifahını təhdid edir. Zərər görənlər əsasən qadınlar və uşaqlar olaraq qalır", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti