...

Borrell İrəvanın oyuncağı imiş - Aİ-nin ali nümayəndəsi istefaya getməlidir - ABŞ ekspertləri

Siyasət Materials 8 Dekabr 2023 12:54 (UTC +04:00)
Borrell İrəvanın oyuncağı imiş - Aİ-nin ali nümayəndəsi istefaya getməlidir - ABŞ ekspertləri
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell növbəti dəfə Qarabağdakı vəziyyətlə bağlı Azərbaycanın ünvanına ittihamlarla çıxış edib.

Belə ki, Borrell guya 150 min erməninin Qarabağı tərk etdiyini bildirib. Bu rəqəmlərin kökündən qeyri-dəqiq olmasını bir kənara qoysaq, bu, hətta Aİ rəsmilərinin cəmi bir ay bundan əvvəl bəyan etdiyi rəqəmlərlə müqayisədə çox şişirdilib. Hətta misal üçün, ermənilər bu rəqəmi 100 min nəfər olaraq qeyd edirlər.

Bununla əlaqədar olaraq amerikalı analitik İrina Tsukerman Trend-ə bildirib ki, Borrell, şübhəsiz, erməni uydurmalarını və İrəvandakı dairələrdən irəli gələn rəqəmləri əks etdirir, çünki onların bu rəqəmləri şişirtmək üçün bütün səbəbləri var.

"Burada əsas problem saxta rəqəmlərdən daha çox ermənilərin növbəti dəfə "qurban" olduqları, guya Azərbaycanın onları evlərini itirməsinə səbəb olduğu və ermənilərin sırf orada özlərini təhlükəzislikdə hiss etmədikləri üçün getdikləri barədə qeyri-müəyyən fərziyyələrdədir.

Borrellin mənbələri və qərəzliliyi ifşa edilməlidir, çünki Borrell erməni təbliğatını dəstəkləməklə faktiki olaraq sülh prosesinə mane olur. Bundan başqa, Ermənistanın kiçik və yoxsul ölkə olduğunu nəzərə alsaq, bu ölkənin Aİ-nin yüksək vəzifəli nümayəndəsinə təklikdə təsir göstərə bilməsi şübhə doğurur. Böyük ehtimalla, xüsusən Aİ parlamentindəki bütün korrupsiya qalmaqallarından sonra Ermənistanı informasiya müharibəsində silah olaraq istifadə edən hər hansı bir ölkə ona təsir edə bilərdi.

Bu böyük dövlətlər öz maraqlarını irəli çəkmək üçün yenidən münaqişələrdən silah qismində istiafdə edərsə bu təkcə Azərbaycan üçün deyil, bütün Aİ və müstəqil dünya üçün problemdir və buna birdəfəlik son qoymaq lazımdır", - o deyib.

Amerikalı ekspert, Avrasiyanın beynəlxalq münasibətlər və geosiyasət tədqiqatçısı Piter Teys Cozep Borrelin bəyanatının İrəvanın Azərbaycana qarşı təbliğat maşınının nəticəsi olduğunu qeyd edib.

"Azərbaycanın bütün suveren ərazisinə nəzarət etmək və iqtisadi tərəqqi və regional sülhə doğru nəcib səylərini təşviq etməklə bağlı qanuni hüquqlarını poza biləcək beynəlxalq təşkilat və ya ayrı-ayrı dövlətlər yoxdur. Bu məqsədlər dəyişilməz olaraq Bakının xarici siyasətinin ön planında dayanıb. Avropa Komissiyası rəhbərliyi tərəfindən həqiqəti təkzib edərək Ermənistandakı faşist rejimdən irəli gələn anti-Azərbaycan təbliğatına inanmaq ciddi səhv olardı.Borrel hazırkı vəzifəsindən istefaya getməlidir, çünki o, İrəvanın oyuncağı olduğunu və Avropa Komissiyasına effektiv rəhbərlik etmək və xarici siyasəti effektiv şəkildə həyata keçirmək iqtidarında olmadığını sübut edib", - deyə ekspert əlavə edib.

Aİ yaxşı başa bilir ki, bölgəni tərk edən 15 min erməni Ermənistan Silahlı Qüvvələrinin hərbçiləri olub və Cozep Borrellin 150 min rəqəmini qeyd etməsi mühüm anlaşılmazlığa səbəb olub. Bundan başqa, Borrellin bu cür qeyri-dəqiq bəyanatları nəinki Aİ-nin vasitəçilik səylərini zədələyir, həm də Aİ Şurasının preidenti Şarl Mişelin missiyasını da bu baxımdan təhdid altında qoyur.

Halbuki, elə dünən Azərbaycan və Ermənistan çoxdan gözlənilən sülh yolunda misilsiz addım atdı. Onlar hərbçiləri mübadilə etdilər, üstəlik, buna üçüncü tərəflərin hər hansı vasitəçiliyi olmadan nail oldular. Nəticədə Borrell kimi şəxslər Azərbaycan və Ermənistan arasında razılığın əhəmiyyətini qəbul etsələr də, Azərbaycanın xarici siyasətinə müdaxilə etmək və ya onun Aİ ilə münasibətlərini təhdid altında qoymaq səlahiyyətinə malik deyillər. Aİ-nin siyasi liderləri artıq çoxdan bu ikitərəfli oyunlardan əl çəkməli və ikili standartları aradan qaldırmalıdır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti