...

Növbədənkənar Prezident seçkiləri ilə əlaqədar işçi qrupu yaradılıb

Siyasət Materials 8 Dekabr 2023 16:42 (UTC +04:00)
Növbədənkənar Prezident seçkiləri ilə əlaqədar işçi qrupu yaradılıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Gələn il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən və hərəkətsizlikdən və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupu yaradılıb.

Trend-in xəbərinə görə, bu barədə MSK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib.

Eyni zamanda növbədənkənar prezident seçkilərində MSK nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə qərar qəbul edilib. İşçi qrupunun rəhbəri MSK üzvü Etibar Quliyev təyin edilib.

Qeyd edək ki, dekabrın 7-də dövlət başçısı İlham Əliyev Azərbaycanda növbədənkənar Prezident seçkilərinin elan edilməsi barədə Sərəncam imzalayıb. 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti