...

Türkiyə-Azərbaycan münasibətləri bölgədə sabitliyin qorunub saxlanması üçün vacib faktordur

Siyasət Materials 14 Dekabr 2023 15:12 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə intensiv fəaliyyəti, yeni imkanlar və perspektivlər məsələsi bugünki görüşdə xüsusi müzakirə edildi.

Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Türkiyə xarici işlər naziri Hakan Fidan ilə keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, Türkiyə-Azərbaycan münasibətləri bölgədə sabitliyin qorunub saxlanması üçün vacib faktordur.

“19-20 sentyabr tarixlərində Azərbaycanın həyata keçirdiyi antiterror tədbirlərindən sonra yeni vəziyyət, bu istiqamətdə atılan addımlar, məcburi köçkünlərin geri qaytması və digər məsələlər müzakirə edilidi”, - deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti